Xəbərlər

Interactive digital experiences are continually
Image
2019-12-16 13:56:00 | Tornado

Mühafizə Xidmətlərinin Fəaliyyətində Radiorabitə Vasitələrinin Rolu və Əhəmiyyəti

Mühafizə Xidmətlərinin Fəaliyyətində

 Radiorabitə Vasitələrinin Rolu və Əhəmiyyəti

 

Müasir dövrdə radiorabitə vasitələri özəl mühafizə xidməti göstərən şirkətlərin fəaliyyətində böyük rol oynayır. Bir çox mühafizə xidmətləri peşəkar radiorabitə vasitələrindən istifadə etmirlər. Bunun başlıca səbəbi odur ki, həmin radiorabitə vasitələrinin istifadəsi böyük maliyyə xərclərinə səbəb olur. Belə ki, əlavə tezliklərin, avadanlıqların, radiorabitələrin alınması və bu sahədə mütəxəssislərin işə cəlb edilməsi və s. xərclər böyük maliyyə çətinlikləri yarada bilir. Bundan əlavə dövri olaraq radiorabitə vasitələrinin texniki yoxlanışa verilməsi kimi digər xərclər də mövcuddur.

Bəzi mühafizə xidməti göstərən təşkilatlar isə peşəkar radiorabitə vasitələrindən istifadə edirlər. Lakin, Həmin şirkətlərdən çox az qismi radiorabitə vasitələri ilə bağlı qəbul olunmuş əsas qanunauyğunluqlara riayət edir:

Qeyri-dövlət özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlər radiorabitə vasitələrilə bağlı aşağıdakıları xüsusi olaraq nəzərə almalıdır:

1.                       Radiorabitə vasitə kiçik ölçülərdə olmalıdır ki, onu paltarın altından daşınması mümkün olsun.

2.                       Akkumlyator radiorabitə vasitəsini 24 saat enerji ilə təmin etməlidir. Bu ən minimum hədd hesab olunur. Belə ki, minimum növbə saatı 12-dirsə rabitənin işləmə saatı da 24 olmalıdır. Əgər növbənin işləmə saatı 12-ni keçərsə bu zaman radiorabitə vasitəsi ən azı 40 saat işləməlidir.

3.                       Radiorabitə vasitəsi rahat və etibarlı avadanlıqlarla təchiz edilməlidir (mikrofon və ya larinqofon və mikrotelefon). Bu kiçik avadanlıqlar radiorabitə vasitəsinin fəaliyyətinə mane olmamalıdır və onun rahat istifadə olunmasına (paltarın altından çıxarmadan) şərait yaratmalıdır. Belə ki, rahat quruluşu olmayan mikrofon mühafizəçiyə fəaliyyətində maneçilik yaradacaq və onu yayındıracaqdır. Bəzi hallarda avadanlığın keyfiyyətsizliyi mühafizəçinin qulağının xəstələnməsinə də gətirib çıxarmışdır.

4.                       Həm radiorabitə vasitəsinin özü həm də ona əlavə edilmiş avadanlıqlar elə istehsal edilməlidir ki, bütün növ zədələrə və iqlim şəraitlərinə (yüksək nəmlik, toz, çirkab, yüksək və alçaq temperaturlar və s. ) uyğun olsun. Əks halda qüyri-ştat hava şəraitində xidmət etməyə məcbur olan mühafizəçinin radiorabitə vasitəsi ona kömək etmək əvəzinə onu yarı yolda qoymuş olacaqdır.

5.                       Radiorabitə vasitəsinin şəbəkə tutumu yüksək keyfiyyətli olmaldır, səslər aydın və dəqiq eşidilməlidir. Bir çox çətin şəraitlərdə keyfiyyətli şəbəkəni təmin etməlidir.

 

Radiorabitə vasitəsinin tutum gücü təkcə onun texniki xüsusiyyətlərindən asılı deyildir. Burada ən böyük rol oynayan məqamlardan biri də coğrafi şərait və ətraf mühitdir.

Radiorabitə dalğalarına qəbuluna və göndərilməsinə mənfi təsir göstərən obyektiv hallar kimi aşağıdakıları sadalamaq olar:

·  Dəmirbeton konstruksiyaların mövcudluğu;

·  Alt-yarmstansiya transformatorlarının olması;

·  Yüksək gərginlikli tok xətləri çox olması;

·  Retranslyatorun olması;

·  Qeyri-qanuni səsyazmaya qarşı quraşdırılan xüsusi qurğuların (səs generatoru)  olması.

Radiorabitə danışıqları zamanı bir çox hallarda subyektiv səbəblərdən məlumat itkisi baş verir ki, bunun da səbəbi kodlaşdırılmamış danışıqdır. Müəyyən hadisələrin adlanması, məruzələrin (cümlənin 30-40%-ı) kodlanması labüddür. Bu zaman kənar dinləyici mühafizə bölməsini nə işlə məşğul olduğunu anlamayacaq.

Hər bir mühafizə bölməsinin içində rabitə vasitələrinin istifadə qaydaları şəxsi heyətə aşılanmalıdır və bu qaydalara əməl olunmasına nəzarət edilməlidir. Əks halda bahalı qurğu və avadanlıqların tez bir zamanda sıradan çıxması hallar təkrar və təkrar baş verəcəkdir.

Müəllif: Tornado Mühafizə Xidmətinin Mühafizəçilərin Xüsusi Hazırlıq Kursunun pedaqoji heyəti.