Xəbərlər

Interactive digital experiences are continually
Image
2019-12-11 15:31:00 | Tornado

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında QANUNUN MADDƏLƏR ÜZRƏ İZAHLI ŞƏRHİ

Maddə 1. Qanunun təyinatı

Bu Qanun Azərbaycan Respublikasında qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləyir, onun hüquqi əsaslarını, prinsip və vəzifələrini, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir.

Komentariya

Bu maddə ümumilikdə qanuna giriş verməklə qanunun qəbul olunması səbəbini və bütün məqsədini bəyan etmiş olur.

Maddə 1-də ümumilikdə qanunun təyinatı verilir və aşağıdakı halları sadalayır:

a)        qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətlərin tənzimlənməsi dedikdə

Yəni özəl mühafizə fəaliyyəti icra olunarkən İcraçı (hüquqi şəxs və ya hüquqi şəxsin mühafizə bölməsi) ilə Müştəri arasındakı münasibətlərin tənzimlənməsin nəzərdə tutulur.

    b)    qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətlərin hüquqi əsasları, prinsip və vəzifələri dedikdə

Yəni özəl mühafizə fəaliyyəti icra olunarkən İcraçı, Müştəri və Dövlətin arasında yaranan münasibətlər hansı qanunlar çərçivəsində olacağını nəzərdə tutur.  Bu münasibətlərin əsasında duran hüquqi prinsiplər: hüququn aliliyi[1], qanunilik[2], qanun qarşısında bərabərlik[3], fərdin və dövlətin qarşılıqlı məsuliyyəti[4], təqsirə görə məsuliyyət [5]kimi prinsiplərdir.

 

c)        qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi zaman dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir dedikdə

Yəni özəl mühafizə fəaliyyətini həyata keçirən şirkət və ya hüquqi şəxsin mühafizə bölməsi dövlət orqanları[6] ilə qarşılıqlı münasibətləri nəzərdə tutulur. Özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətin və ya hüquqi şəxsin mühafizə bölməsinin fəaliyyət sferası təhlükəsizliyə aid olduğu üçün istər-istəməz həmin orqanlarla qarşılıqlı fəaliyyətdə olur. Bunu aşağıdakı nümunələrdə açıq-aşkar görə bilərsiniz.



[1] Hüququn aliliyi: "Hüququn aliliyi" ifadəsi müasir dövrdə Albert Venn Daysi tərəfindən gətirilib. hüququn cəmiyyətdə ali mövqedə olması deməkdir.

[2] Qanunilik: cəmiyyətdə yaranan ictimai münasibətlər hüquq normalarının sistemli toplusuna tabedir.

[3] Qanun qarşısında bərabərlik: hökumət də daxil olmaqla cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olması.

[4] Fərdin və dövlətin qarşılıqlı məsuliyyəti: həm dövlət həm də fərd qanunvericiliyi pozarsa buna görə məsuliyyət daşımalıdır.

[5] Təqsirə görə məsuliyyət: qanunu pozan hər kəs məsuliyyətə cəlb olunmalıdır.

[6] Hüquq-mühafizə orqanları dedikdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Prokurorluq və Ədliyyə Nazirliyi və s. nəzərdə tutulur.