Mühafizəçilərin xüsusi hazırlıq kursu


“Mühafizəçilərin xüsusi hazırlıq kursu” haqqında məlumat



“Tornado- Ş” MMC mühafizə və təhlükəsizlik şirkəti 2003-cü ildən fəaliyyət göstərir.
“Tornado- Ş” MMC öz fəaliyyətini “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qurmuşdur. Şirkətin nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzi mütəmadi olaraq “Mühafizəçilərin xüsusi hazırlıq kursları”nı təşkil edir.
Təlim-tədris mərkəzinin qarşısında duran başlıca vəzifə yeni qəbul edilmiş mühafizəçi heyətinə ilkin hazırlıq, həmçinin peşəkarlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədi ilə ixtisasartırma kurslarını təşkil etməkdir. Namizədlərin mühafizəçi heyəti vəzifələrində xidmətə başlayarkən öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsi üçün zəruri olan peşə biliyinə, bacarıq və vərdişlərə yiyələnmələri məqsədi ilə mərkəzdə təşkil olunan ilk hazırlıq kursunun müddəti 1 aydır. Qeyd edilən müddət ərzində gənc mühafizəçilərə 136 saatlıq proqram çərçivəsində xüsusi mövzular tədris olunur. Tədrisin sonunda 24 saat həcmində praktiki dərslər keçirilir. Yekunda kurs iştirakçılarının bilik və mənimsəmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə keçirilmiş proqram əsasında imtahan təşkil olunur.
Tədris Mərkəzində daima islahatlar həyata keçirilir, bu istiqamətdə qabaqcıl xarici ölkələrin təcrübəsi öyrənilir və tədris olunur.
Şirkətimiz İSO 9001:2015 Beynəlxalq sertifikatı almışdır.
Kursumuzda Beynəlxalq Standart: İSO 9001:2015 Keyfiyyət menecment sistemi təşkil olunmuşdur.
Qeyd etmək lazımdır ki, “Tornado-Ş” MMC-nin nəzdnində yaradılmış “Mühafizəçilərin xüsusi hazırlıq kursu”nda dini dərslərin keçirilməsi nəzərdə tutulmamışdır.

Paylaş: