KÜTLƏVİ TƏDBİRLƏRİN MÜHAFİZƏSİ


Hal-hazırda şirkətin “Mühafizə hazırlığı” kursunu bitirmiş və sertifikatla təmin olunmuş 700-ə yaxın əməkdaşı Azərbaycanın bir sıra neft sektorunda (Balakanı Operating Company LTD, Azgerneft Operating Company), “Neftechala Operating Company” , “National Oil Vell Varco PTE LTD”, 1-ci Bakı Avropa Oyunlarının bütün ərazisində, Formula -1 oyunlarında (Bakı şəhər halqası Əməliyyat Şirkəti Eurodesign CSC), İstehsalat sahəsində “SOCAR Methanol MMC” , Su İdmanı Sarayı MMC, bir sıra təhsil müəssisələri (Sumqayıt Dövlət Texniki Kolleci), istirahət və ticarət mərkəzləri (“Bakı-TMP-3 ASC”, “Life Center MMC”, “Şəhər Ticarət Mərkəzi MMC”, “Şərq Motors MMC”, “Körpü Ticarət Mərkəzi”, “Lotos-SM MMC”, “Kainat Ticarət Mərkəzi”, “Səma Ticarət Mərkəzi”, Life Supermarketlər Qrupu), rabitə (“Connect” MMC), bir sıra səhiyyə sahəsində (“İnternational Medical Center-Bakı”, “İnternational Medical Center-2”, “MediLux”, “Baku Medical Plaza” bütün korpusları), “Azərbaycan Məişət Malları ASC”, “Engin LTD”, “Elektroterm MMC”, “Azalsan LTD MMC” və bir çox digər ofis və iş yerlərində, tikinti obyektlərində 24 saat ərzində fiziki mühafizə işinin təşkilində çalışır.

Hər hansı bir obyektdən mühafizənin təşkili üçün sifariş alındıqda, şirkətin ixtisaslı kadrlardan təşkil olunmuş xidmətin təşkili və nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən müvafiq monitorinq aparılır, obyektdə təhlükəsizlik problemlərinin mövcud vəziyyəti, mühafizənin təşkili üçün lazım olan güc və vasitələrin dislokasiyası və miqdarı barədə mülahizələr sifarişçiyə bildirilir.

Xidmət tarifləri obyektin monitorinqi aparıldıqdan və sifarişçinin tələbləri araşdırıldıqdan sonra qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

Məhz bu mülahizələr əsasında da tərəflər arasında mühafizənin təşkili barədə müqavilə imzalanır.

Obyektlərdə mühafizəçilərin xidmətinin səviyyəsi, qanun və daxili təlimatlara əməl olunmasının vəziyyəti şirkətin “Xidmətin təşkili və nəzarət” şöbəsinin müfəttişləri tərəfindən daim nəzarətdə saxlanılır.

Planlı araşdırmalardan başqa, bütün obyektlərdə hər gecə yoxlamalar aparılır, rejim qaydalarının pozulması halları aşkarlanarsa, Əmək Məcəlləsinə uyğun şəkildə müvafiq tədbirlər görülür.

Paylaş: