OBYETKLƏRİN MÜHAFİZƏSİ


Hər hansı bir obyektdən mühafizənin təşkili üçün sifariş alındıqda, şirkətin ixtisaslı kadrlardan təşkil olunmuş xidmətin təşkili və nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən müvafiq monitorinq aparılır, obyektdə təhlükəsizlik problemlərinin mövcud vəziyyəti, mühafizənin təşkili üçün lazım olan güc və vasitələrin dislokasiyası və miqdarı barədə mülahizələr sifarişçiyə bildirilir.

Xidmət tarifləri obyektin monitorinqi aparıldıqdan və sifarişçinin tələbləri araşdırıldıqdan sonra qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

Məhz bu mülahizələr əsasında da tərəflər arasında mühafizənin təşkili barədə müqavilə imzalanır.

Obyektlərdə mühafizəçilərin xidmətinin səviyyəsi, qanun və daxili təlimatlara əməl olunmasının vəziyyəti şirkətin “Xidmətin təşkili və nəzarət” şöbəsinin müfəttişləri tərəfindən daim nəzarətdə saxlanılır.

Planlı araşdırmalardan başqa, bütün obyektlərdə hər gecə yoxlamalar aparılır, rejim qaydalarının pozulması halları aşkarlanarsa, Əmək Məcəlləsinə uyğun şəkildə müvafiq tədbirlər görülür.

Paylaş: