Mühafizəçilərin xüsusi hazırlıq kursu


Mühafizəçilərin xüsusi hazırlıq kursuİndi, əvvəlkinə nisbәtәn, insanların həyat və əmlakı mühafizə xidməti əməkdaşlarından daha çox asılıdır. Sahibkarlığın yüksək sürətlə inkişaf etdiyi bir zamanda dövlət orqanları və xüsusilə də hüquq mühafizə orqanları tərəfindən hər bir fərdi şirkətin və xüsusi mülkiyyət obyektinin mühafizəsi qeyri mümkündür. Buna görə də, özəl mühafizə şirkətlərinin göstərdiyi xidmətdə gələcəkdə də böyük tələbat olacaq. Yüksək texnologiyaların və kompyüterlərin gündəlik həyatımıza və biznes sahəsinə inteqrasiyası 21-ci əsrin mühafizə xidmədi peşəkarları qarşısında yeni məqsədlər və tələblər qoydu. Bu gün onlar öz fəaliyyətini həm komputer cinayətkarlığı, həm də müasir terrorçuluğa qarşı yönəltməlidirlər, əlbəttə ki, adi gündəlik vəsifələrinin icrası ilə yanaşı olmaqla.

Təhsil və peşəkar treyninqlərin keçirilməsi mühafizə xidməti əməkdaşlarının, eləcədə, bütövlükdə mühafizə xidmətinin inkişafında böyük rol oynayır. Məhz buna görə, “Qeyri-dövlət (özəl) Mühafizə Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 10 Aprel 2007-ci il tarixli 266 IIIQ saylı qanunun 9.1 bəndində göstərilir ki, yalnız mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmis Azərbaycan Respublikasının vətəndasları mühafizəçi qismində işə qəbul oluna bilər.

Kursun müddəti: 15 gün (90 saat)

Kimlər üçün nəzərdə tutulub: özəl mühafizə xidmətinə işə qəbula namizədlər üçün

Məqsəd: özəl mühafizə xidməti əməkdaşlarının xüsusi hazırlığı

Kursun nəticələri:

Bu kursun sonunda iştirakçılar aşağıdakı bacarıqlara nail olacaqlar:

Mühafizə xidmətinin fərdi və korporativ vəzifələrini və öhdəliklərini anlamaq
Obyektlərin, binaların, ofislərin və digər ərazilərin mühafizəsi üsullarını anlamaq
Şirkərin təhlükəsizlik siyasətini və prosedurlarını anlamaq
Keçidə nəzarət, CCTV, təxliyə, patrul keşiyi, şəxsin üstünün axtarışı, yanğın söndürmə, ilk yardım, əlbəyaxa döyüş və sair xüsusi mühafizə tədbirlərinin effektiv tətbiqi
Təhlükəsizliklə bağlı riskləri analiz etməyi və qiymətləndirməyi bacarmaq, düzgün mühafizə üsullarını seçmək


Keçirilən mövzular:
Təhlükəsizlik fəlsəfəsi

“Təhlükəsizlik” anlayışı
Sənayedə təhlükələr
“Risk” anlayışı
Riskin səviyyəsi
İtkilərin növləri
Özəl mühafizə xidmətinin əsas funksiyası
Mühafizə xidməti əməkdaşının rolu
Mühafizə xidməti əməkdaşının gündəlik vəzifələri
Mühafizə xidmətinin əsas prinsipləri
Mühafizə xidməti əməkdaşının imici
Mühafizə xidməti əməkdaşının şəxsi keyfiyyətləri
Özəl mühafizə xidmətinin növləri
Təhlükəsizlik Sistemi

Təhlükəsizlik sistemi

Fiziki baryerlərin məqsədi və növləri
Qanunsuz daxil olmanın qarşısını alan vasitə kimi fiziki baryerin təyinatı
“Dərinliyə müdafiə”
1-ci Müdafiə Xətti (ərazinin perimetri)
Darvazalar
2-ci Müdafiə Xətti (binanın perimetri)
Su axıdan borular
3-cü Müdafiə Xətti (daxili müdafiə)
Qıfıllar və açarlar
İşıqlandırma
Xəbər edici elektron sistemləri
Aşkar edici sistemlərin funksiyası
Perimetr boyu daxil olmaq cəhdini aşkar edən sistem
Kamera-müşahidə sistemi (CCTV)
Xidmətin Aparılması

Keçidə nəzarət

Keçidə nəzarətin üç mərhələsi
Nəzarət-buraxılış və qonaqların qarşılanması məntəqəsində (Resepşn) xidmət aparan mühafizə xidməti əməkdaşının vəzifəsi
Şəxsi yoxlama
Qeyri-qanuni daxil olmaq cəhdinin məqsədləri
Şəxsiyyəti təsdiq edən sənədlər
Patrul keşiyi
“Gözlənilməz olmaq” prinsipi
Şübhəli əşyaların aşkar edilməsi
Partlayışın baş verəcəyi barədə hədələmə və ya xəbərdarlıq.
Təxliyə
Baş vermiş hadisələrin qeydiyyatı
Mühafizə xidmətində qanun və prosedur qaydalar

Mühafizəçinin hüquq və vəzifələri

Mühafizəçiyə qarşı qadağalar
Fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları
Mühafizə fəaliyyəti və insan haqlarına riayət olunması
Adi prosedurlar
Adi prosedurların məqsədi
Fövqəladə hadisə
Fövqəladə tədbirlərin planlaşdırılması
Fövqəladə prosedurların məqsədi
Məlumatın təhlükəsizliyi
Məlumatın qorunmasına dair standart tədbirlər
“Təmiz Stol” Siyasəti

Paylaş: