Azərbaycanda özəl mühafizə xidməti ilə bağlı yeniliklər edilir


Azərbaycanda özəl mühafizə xidməti ilə bağlı yeniliklər edilirMilli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunur.

Qanunun 18-ci maddəsinə təklif edilən əlavə və dəyişikliyə əsasən, əmək funksiyalarının icrası ilə əlaqədar mühafizəçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Maddənin hazırkı variantı isə belədir: “Mühafizəçilərin xidməti vəzifələrinin icrası zamanı həlak olması, bədən xəsarəti alması, sağlamlığına digər zərərin dəyməsi halları işəgötürənin vəsaiti hesabına icbari sığorta olunmalıdır”.

Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən isə yuxarıda göstərilən halların pozulmasına görə fiziki və hüquqi şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarla məsuliyyətə cəlb olunacaqlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş: