Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı


Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıHər il avqustun 23 -də Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd olunacaq. Bu barədə qərar Azərbaycan prezidenti İlham Əliyevin cümə axşamı imzaladığı sərəncamda əks olunub.

Prezident bu sərəncamı Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin yerinə yetirdiyi vəzifələrin əhatə dairəsini və mürəkkəbliyini, dövlətçiliyimizin qorunmasında rolunu, Azərbaycan dövlətinə, xalqına, Azərbaycan Respublikasının Prezidentinə sadiq, layiqli və qüsursuz xidmətini nəzərə alaraq, Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılması tarixini əbədiləşdirmək və sədaqətli xidmət ənənələrini yaşatmaq məqsədi iləimzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin və yüksək vəzifəli şəxslərin təhlükəsizliyini, ali dövlət hakimiyyət orqanlarının mühafizəsini təmin etmək məqsədi ilə 1993 - cü il avqustun 23 - də Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılıb, sonradan fəaliyyətini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti kimi davam etdirib.

Paylaş: