SİYASƏTİMİZ


"TORNADO - Ş" MMC-nin KEYFİYYƏT SAHƏSİNDƏ

S İ Y A S Ə T İ


SİYASƏTİMİZ

"Tornado - Ş" MMC Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 12.02.2014-cü il tarixli, 041322 saylı lisenziya əsasında özəl mühafizə xidmətləri sahəsində fəaliyyətlə məşğul olur.

Yarandığı gündən qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə yanaşması yüksək peşəkarlığın təmin edilməsinə, qanunvericiliyə riayət olunmasına və hər bir müştəriyə fərdi yanaşılmasına əsaslanmışdır.

"Tornado - Ş" MMC İSO 9001:2015 Beynəlxalq standartının tələblərinə və seçdiyi strateji inkişaf strategiyasına uyğun olaraq Keyfiyyət Menecment sistemini tətbiq etməklə, təklif etdiyi xidmətlərin daima təkmilləşdirilməsi ilə bağlı həyata keçirdiyi Siyasət aşağıdakı prinsiplərə əsaslanır:

• Mühafizə xidmətlərinin göstərilməsinə dair milli qanunverici və normativ tələblərə riayət edilməsi;
• Müştərilərinin və müəssisənin fəaliyyətində maraqlı olan digər tərəflərin tələb və gözləntilərinin hərtərəfli öyrənilməsi və fəaliyyətin planlaşdırılmasında və həyata keçirilməsində nəzərə alınması;
• Müştərilərin məmnunluğunu qazanmaq üçün göstərilən xidmətlərin keyfiyyətini və etibarlılığını onların tələb və təkliflərinə uyğun olaraq daima yüksəldilməsi;
• Yeni texnologiyaların və biliklərin tətbiqi ilə müqavilə şərtlərinə cavab verən yüksək keyfiyyətli və təminatlı xidmətin təşkili;
• Əməkdaşların peşəkarlıq səviyyəsinin və etikasının daim yüksəldilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün öz infrastrukturundan və texnoloji bazasından istifadə etməklə, o cümlədən onların dövri attestasiyasını keçirməklə onların daimi yüksək ixtisaslığının təmin edilməsi və potensial imkanlarının artırılması;
• Göstərilən xidmətlərin keyfiyyətinə çoxsaylı nəzarət sisteminin qurulması;
• Daimi təkmilləşdirmə, effektivliyin artırılması məqsədi ilə əsas biznes proseslərin mütəmadi analizlərinin keçirilməsi;
• İSO 9001:2015 Beynəlxalq standartı əsasında yaradılmış keyfiyyətin idarə edilməsi sisteminin rəhbərlik tərəfindən dəstəklənməsi və daima təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi.

Şirkətin rəhbərliyi yuxarıdakı prinsiplərinə əsaslanmış Keyfiyət Menecment Sisteminin (KMS) yaradılmasını şirkətin fəaliyyətində vacib strateji istiqamət sayır. KMS-ə biznes proseslərin effektiv qurulmasına, onların səmərəli idarə olunmasına şərait yaradan və başlıca səbəb olan bir işlək alət kimi baxılır. Belə bir sistemin qurulması və idarə olunması müştərilərimizin tələblərini və ümüdlərini doğrultmağa imkan verəcəkdir.

Bu Siyasətin həyata keçirilməsi üçün aşağıda göstərilən strateji məqsədləri müəyyən etmişik:

1. Müştərilərə təqdim olunan xidmətlər sahəsində mövcud olan standartların və sifarişçilərin tələblərinə tam şəkildə uyğunluğunu təmin etmək.
2. Təqdim etdiyimiz xidmətlərin bütün keyfiyyət göstəricilərinin rəqabətdə olduğumuz şirkətlərin xidmətlərindən daha yüksək səviyyədə olmasına nail olmaq.
3. Rəqabət apardığımız şirkətlərlə müqayisədə daha optimal qiymət\keyfiyyət nisbətinə nail olmaq.
4. Təqdim etdiyimiz xidmətlərin çeşidliyini artırmaq, bunu edərkən əsasən yeni texnologiyalardan və nailiyyətlərdən istifadə etmək və nəticədə müştərinin tam məmnunluğunu qazanmaq.

Şirkətin qarşısında qoyulmuş məqsədlərə nail olmasında hər bir əməkdaş şəxsən iştirak etməlidir: hər birinin əməyindən təqdim etdiyimiz xidmətlərin keyfiyyəti, o cümlədən müştərilər və partnyorlar arasında şirkətin imici, onların bizə etibarı asılıdır.

Paylaş: