Şirkət haqqında


Şirkət haqqında


"Tornado-Ş" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qeyri-dövlət(özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, qüvvədə olan digər qanunvericilik aktları və öz Nizamnaməsi əsasında həyata keçirir.

Əsas məqsədimiz həmin qanunvericiliyə uyğun olaraq özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mühafizə xidmətləri göstərilməsi ilə bağlı olaraq mənfəət götürməkdən ibarətdir.

Şirkət, 30 may 2003-cü il tarixdən fəaliyyətə başlayıb və bü günə qədər Bakı şəhərində və respublikanın bir çox rayonlarında keyfiyyətli xidməti ilə tanınmışdır. 12 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Qeyri-dövlət(özəl) mühafizə fəaliyyətini həyata keçirilməsi üçün №041322 saylı Lisenziya verilmişdir.

Azərbaycanda mühafizə xidməti sahəsində ən geniş məlumata və biliyə malik olan aparıcı şirkətlərdən biridir. Bizim əsas işimiz kompleks şəkildə mühafizə məsələlərinin həllilə məşğul olmaqdır.


Başlıca xidmətimiz ixtisaslaşmış mühafizə, icraçı müdafiəçi, səyyar mühafizə xidmətləri, çağırış xidmətləri, başqa/qeyri mühafizə xidmətləri, təhlükəsizlik texnikası xidmətləri, yüklərin müşahidəsi xidmətləri, tədbirlərin mühafizəsinin təşkili xidmətləri, qeydiyyatçı xidmətləri və mühafizə konsultasiya xidmətlərindən ibarətdir.

Biz geniş sahəli xidmətlərdən tutmuş fərdi müştərinin tələblərinə uyğun təklifləri yerinə yetiririk ki, ən effektli mühafizə xidmətini təqdim edə bilək.

Şirkətimizin əməkdaşları – yüksək ixtisas və iş təcrübəsi ilə fərqlənən peşakarların bütöv bir komandasıdır. Mühafizə müəssisəmizin əsasını məhz yüksək ixtisaslı, peşəkar heyət təşkil edir. Bu da şirkətə stabil inkişaf etmək və Sifarişçilər qarşısında öhdəliklərin yerinə yetirilməsini təmin etməyə şərait yaradır. Ciddi peşəkar seçim, ixtisasın müntəzəm artırılması, mühafizə firmalarında toplanmış iş təcrübəsi mühafizə xidməti bazarında bizim əməkdaşların işini fərqləndirir.


  • Əsas üstünlüklərimiz:

Şirkət haqqında
  • Mühafizə olunan obyektlərdə bağlanmış müqavilə üzrə bütün öhdəliklərin tam şəkildə yerinə yetirilməsi;
  • Ən müxtəlif növ obyektlərdə və çətinlik səviyyələrində çoxillik iş təcrübəsi;
  • Cari fəaliyyətin müntəzəm analizi və işin təşkilinin daha effektiv yollarının axtarışı;
  • Işgüzar etikaya qüsursuz riayət və tam məxfilik;
  • Mühafizə xidmətləri üçün əlverişli qiymətlər;
  • Müştərilərlə işləyən zaman fərdi yanaşma.


    • Əsas məqsədlər:

  • Oğurluq, soyğunçuluq məqsədi ilə hücum və qarətin qabaqcadan qarşısını almaq;
  • Obyektin, xidmət heyətinin, müştərilərin təhlükəsizliyinin təmin olunması.

    • Vəzifə və funksiyalar

  • Xüsusi marşrut üzrə gecə-gündüz keşik çəkilməsi;
  • Qapalı sahədə müəyyən olunmuş mühafizə rejiminə riayət olunmasının təmin edilməsi;
  • Keşik-çəkmə zonasında maddi sərvətlərin mühafizəsinin təmin olunması və mühfizə olunmaq üçün təfil verilmiş obyektlərin lazımi vəziyyətdə saxlanması;
  • Mühafizə rejimində yaranan pozuntuların bildirilməsi, qarşısının alınması və aradan qaldırılması, ilkin müdaxiləsi;
  • Mühafizə rejimində nəzərdə tutulan tədbirlərin keçirilməsində iştirak;
  • Obyekt rəhbərinin göstərişi əsasında gözlənilməz hadisələri aradan qaldırılması;
  • Post və nəzarət-buraxılış məntəqələrinin təşkil olunması;
  • Nəzarət-buraxılış məntəqələrinin vəzifə və funksiyaları
  • Əməkdaşlar və müştərilərin icazəli keçidinin, eləcə də maddi sərvətlərin aparılib gətirilməsi və maşınla daşınmasının, yoxlanılmasının təmin olunması;
  • Mühafizə olunan əraziyə kənar şəxslərin icazəsiz daxil olmalarının qarşısının alınması;
  • Mühafizə olunan obyektə zərər dəyməsinə səbəb olan mümkün təhlükəli vəziyyətin vaxtında aşkar edilməsi;
  • Təhlükə və neqativ hallara operativ müqavimət göstərilmə mexanizminin təmin olunması;
  • Mühafizə olunan obyektin kollektivinin qanuni maraqlarına qarşı qəsdin qarşısının alınması;
  • Müştərinin arzusu əsasında obyektdə video-nəzarət sistemi quraşdırıb, video-kameraların rasional yerləşdirilmə nöqtələrinin seçilməsinə, onlara texniki xidmətin göstərilməsi tərəfimizdən təmin edilir.

    Şirkət haqqında

    Paylaş: